SON XƏBƏR

MİT əməliyyat keçirdi, FETÖ-nün rəhbərlərindən biri tutuldu

May 31
13:34 2021
Türkiyənin Milli İstihbarat (Kəşfiyyat) Təşkilatının keçirdiyi əməliyyat nəticəsində Fətullahçı Terror Təşkilatının (FETÖ) başçısı Fətullah Gülənin qardaşı oğlu Səlahəddin Gülən xaricdə saxlanılaraq ölkəyə gətirilib.

Məlumatı "TRT Haber” yayıb.

Bildirilib ki, bu əməliyyatla MİT FETÖ-ya zərbə vurub. Səlahəddin Gülənə qarşı Cinayət Məcəlləsinin silahlı terror qruplaşmasına üzv olmaq maddəsi ilə ittiham irəli sürülüb.

O, Fətullah Gülənlə FETÖ arasında əlaqələndirici olub. Bundan başqa, Səlahəddin Gülən həm də Fətullah Gülənin şəxsi katibi Cövdət Türkyolun qaynıdır.(report.az)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook