SON XƏBƏR

MOİK-in futbol komandası fəaliyyətini dayandıra bilər

Aprel 09
00:28 2017
Mərkəzi Ordu İdman Klubunda (MOİK) ixtisarlar aparılacaq. 
 
"Report”un etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, 2016/2017 mövsümü başa çatdıqdan sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin idman klubunda futbol komandasının fəaliyyətini dayandırması gözlənilir.
 
Bunun futbol komandasının cari mövsüm çıxış etdiyi I Diviziondakı nəticələri və ya başqa səbəblərlə bağlı olduğu dəqiq bilinmir.
 
Qeyd edək ki, MOİK 1961-ci ildə Bakı şəhərində yaradılıb. 1990-cı ilə qədər SSRİ Müdafiə Nazirliyinin himayəsində olub, 1993-cü ildən isə Azərbaycan Müdafiə Nazirliyinin tabeliyinə keçib.
 
2003/2004 mövsümünün startında klub adını dəyişərək Mərkəzi Ordu İdman Klubu (MOİK) adı altında çıxış etməyə başlayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook