Moldovanın Rusiyadakı keçmiş səfiri qaçaqmalçılıqla bağlı həbs edildi
Dekabr 28
15:47
2020
Moldovanın Rusiyadakı keçmiş səfiri Andrey Nequtsa anabolik steroid qaçaqmalçılığı şübhəsiylə 72 saat saxlanılıb.
Qaynarinfo xəbər verir ki, bu barədə RİA Novosti respublikanın Baş Prokurorluğunun mətbuat xidmətinə istinadən məlumat verib. Keçmiş səfirin 28 dekabr bazar ertəsi günü vəkilləri ilə birlikdə mütəşəkkil cinayətkarlıqla və xüsusi işlərlə mübarizə üzrə prokurorların qarşısına çıxdığı qeyd olunur.
"O, anabolik steroid qaçaqmalçılığı iddiasında şübhəli olaraq dinlənildi. Prokurorlar onun 72 saatlıq həbs qətimkan tədbiri barədə qərar qəbul etdilər”, - məlumatda deyilir. Nequtsa özü qaçaqmalçılıqda iştirak ehtimalını rədd edir. Prokurorluq onun ifadələrini yoxlayacaq və ilkin həbs müddətinin uzadılıb-uzanmayacağına qərar verəcək.
Qeyd edək ki, bundan bir qədər əvvəl Moldovanın Rusiyadakı səfiri Andrey Nequtsanın anabolik steroid qaçaqmalçılığı ilə bağlı qalmaqal səbəbindən tutduğu vəzifədən geri çağırıldığı bildirilmişdi. Respublika Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bundan əvvəl Moldova məlumat və təhlükəsizlik xidməti gömrük xidməti ilə birlikdə Moldova səfirliyinin dövlət nömrə nişanlı avtomobillərlə respublikadan çıxarmaq istədikləri anabolik steroid partiyasının qaçaqmalçılığı cəhdinin qarşısını ala bilmişdi.