Moldovanın sərnişin təyyarəsi Türkiyədə saxlanılıb
İyun 06
02:10
2022
Türkiyənin Antalya hava limanında Moldovaya məxsus sərnişin təyyarəsi "Air Moldova” aviaşirkətinin borclarına görə saxlanılıb. "Report”un məlumatın görə, Kişinyova digər reyslər də ləğv edilib.
Təyyarə ilə bağlı insident səbəbindən sərnişinlər hava limanında 9-14 saat vaxt keçiriblər. "Air Moldova” səenişinlərdən üzr istəyib və problemi həll etdiklərini bildirib.
Kişinyov Beynəlxalq Hava Limanında onlayn uçuşlar və enişlər şurasının məlumatına görə, Antalyadan beş reys ləğv edilib, biri isə gecikib.