SON XƏBƏR

Monteneqronun bütün sərhədlərinin qorunması Avropa İttifaqına verildi

May 12
14:14 2023
Monteneqro hökuməti dövlətin bütün xarici sərhədlərinin mühafizəsini təmin etmək üçün Avropa İttifaqının Frontex sərhəd agentliyi ilə müqavilə bağlayıb.

Qaynarinfo RTCG-yə istinadən xəbər verir ki, bu barədə Monteneqronun daxili işlər naziri Filip Adziç bildirib.

Hökumətin iclası zamanı Adziç bildirib ki, Frontex əməkdaşları əvvəllər olduğu kimi təkcə Aİ üzvləri Xorvatiya və İtaliya ilə deyil, bütün ölkələrlə Monteneqro sərhədində olacaqlar - bu, 2020-ci ildən əvvəlki razılaşma ilə tənzimlənirdi.

Qərbdə Monteneqro Aİ üzvü İtaliya ilə dəniz sərhədini, şimalda isə Xorvatiya ilə kiçik quru sərhədini bölüşür. Bununla belə, onun quru sərhədlərinin çoxu Aİ-nin üzvü olmayan ölkələrlədir: Serbiya, Bosniya və Kosovo.

Monteneqronun Daxili İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, bütün növ qanunsuz fəaliyyətləri aşkar etmək üçün təlim keçmiş Frontex mütəxəssisləri sərhəddə yerləşdiriləcək. "Bu, həm də bizim sərhəd polisinin səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq, çünki onlar sahənin peşəkarları ilə işləyəcəklər”, - deyə o bildirib.

Müqavilənin şərtlərinə əsasən, Frontex əməkdaşları Monteneqroda rəsmi vəzifələrin icrası zamanı həyata keçirilən bütün hərəkətlərə görə mülki və inzibati məsuliyyətdən qorunacaqlar. Həmçinin, Aİ sərhəd agentliyinin rəsmi binaları axtarışa, ələ keçirilməyə, vergiyə cəlb edilməyəcək, idxal və ixraca məhdudiyyətlər tətbiq edilməyəcək.

Qeyd edək ki, Frontex Aİ ölkələrinə və əlaqəli Şengen ölkələrinə xarici sərhədləri idarə etməyə kömək edir. Aİ-dən kənar ölkələr təşkilatın tamhüquqlu üzvü ola bilməz. Bununla belə, zəruri hallarda Frontex komandalarının üçüncü ölkədə yerləşdiriləcəyi ehtimal edildikdə, Aİ üçüncü ölkələrlə status sazişi bağlaya bilər.
Agentlik Monteneqrodan başqa, Aİ-dən kənar daha dörd ölkədə - Albaniya, Moldova, Serbiya və Şimali Makedoniyada fəaliyyət göstərir.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook