SON XƏBƏR

"Moody`s" ABB-nin reytinqlərini endirib, proqnoz neqativdir

Fevral 07
11:12 2017
"Moody`s" beynəlxalq reytinq agentliyi "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin xarici valyutada uzunmüddətli və qısamüddətli depozit reytinqini "Ba3" bəndindən "B1" bəndinədək endirib.
 
Agentlikdən "APA-Economics"ə verilən məlumata görə, bununla yanaşı, bankın prioritet təmin olunmamış borcu üzrə reytinqi "Ba3" bəndindən "B1" bəndinədək, uzunmüddətli xarici öhdəlikləri üzrə reytinqi isə "B1" bəndindən "B2" bəndinədək aşağı salınıb.
 
Paralel olaraq, qısamüddətli depozit reytinqi və kontragentin risk qiymətləndirməsi "Not-Prime" səviyyəsində təsdiqlənib.
 
Bankın uzunmüddətli və təmin olunmamış depozit reytinqləri üzrə proqnoz neqativdir.
 
Agentlik reytinqlərin endirilməsinin əsas səbəbi kimi 2016-cı ilin sonunda bankın maliyyə dayanıqlılığının pozulmasını göstərir.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook