SON XƏBƏR

“Moody’s”: Azərbaycanda bəzi özəl banklar bağlana bilər

Fevral 12
14:53 2018
"Azərbaycanın zəif bank sektorunda neft qiymətlərinin təsiri hələ də hiss olunur”.
 
"APA-Economics” xəbər verir ki, bu barədə "Moody’s” beynəlxalq reytinq agentliyinin Azərbaycanla bağlı dərc etdiyi "İqtisadi diversifikasiyanın perspektivləri” adlı sənəddə qeyd olunub.
 
Bildirilir ki, bank sektorunda dollarlaşma yüksək səviyyədədir: "Azərbaycan Beynəlxalq Bankının restrukturizasiya prosesinin son mərhələsində olmasına baxmayaraq, digər özəl bankların kapital artımına ehtiyacı var və yaxud bu banklar tənzimləyici tərəfindən bağlanmaq riski ilə üz-üzədirlər. Restrukturizasiya olunmuş borclar istisna olmaqla, problemli kreditlərin həcmi hələ də yüksəkdir. Bu da bankların borc vermə imkanlarını məhdudlaşdırır”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook