"Moody's" Azərbaycanın kredit reytinqini sabit saxlayıb
Avqust 01
09:05
2016
"Moody's" beynəlxalq reytinq agentliyi Azərbaycanın kredit reytinqini təsdiq edib. "Report"un "Moody's" agentliyinə istinadən verdiyi xəbərə görə, reytinqin yenilənməsi rüblük müşahidələrin bazasında Agentliyin proqramı əsasında həyata keçirilib.
Azərbaycan hökumətinin kredit reytinqi "Ba1", proqnoz isə "neqativ" müəyyən edilərək əvvəlki səviyyədə saxlanılıb.
Xatırladaq ki, "Moody's" agentliyi Azərbaycanın kredit reytinqini 2016-cı il fevralın 5-də "Baa3" səviyyəsindən azaldaraq "Ba1"-ə endirib, proqnozu isə "stabil" saxlayıb. Kredit reytinqi üzrə proqnozu isə Agentlik 2016-cı il aprelin 29-da "neqativ"ə endirib.
Qlobal.az