SON XƏBƏR

"Moody's" Azərbaycanın kredit reytinqini təsdiq edib

May 08
09:50 2017
"Moody's" beynəlxalq reytinq agentliyi Azərbaycanın suveren kredit reytinqini əvvəlki səviyyədə təsdiq edib.
"Report" "Moody's"ə istinadən xəbər verir ki, müntəzəm olaraq reytinqlərin yenilənmə prosesinə uyğun olaraq Azərbaycanın müstəqil kredit reytinqi "Ba1", reytinq üzrə proqnoz isə "neqativ" səviyyəsində saxlanılıb.
Xatırladaq ki, agentlik Azərbaycanın kredit reytinqini 2016-cı il fevralın 5-də "Baa3"-dən "Ba1"-ə endirib, reytinq üzrə proqnozu isə "stabil" saxlayıb. Ötən il aprelin 29-da isə kredit reytinqi üzrə proqnoz "neqativ"ə endirilib. Bu il fevralın 12-də isə Agentlik Azərbaycanın reytinqinə bir daha baxıb və onu sabit saxlayıb. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook