SON XƏBƏR

“Moody's” “Xalq Bank”ın reytinq üzrə proqnozunu yüksəltdi

İyul 09
17:21 2018
"Moody’s Investors Service” beynəlxalq reytinq agentliyi ASC "Xalq Bank”ının yerli və xarici valyutada uzunmüddətli öhdəliklər reytinqini B3 səviyyəsində təsdiqləyərək reytinq üzrə proqnozu "Neqativ”dən "Pozitiv”ə yüksəldib.

Virtualaz.org-un məlumatına görə, Agentliyin təhlilçiləri Bankın kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (Baseline Credit Assessments) caa1, yerli və xarici valyutada qısamüddətli və uzunmüddətli kontragent riski reytinqini (CR Assessments) B2(cr)/Not Prime səviyyəsində təsdiq ediblər.

"Moody’s” ekspertləri reytinq üzrə proqnozun "Neqativ”dən "Pozitiv" səviyyəsinə yüksəlməsini "Xalq Bank”ın aktivlərinin keyfiyyətinin yüksəlməsi, rentabelliliyinin artması, kapitalının dayanıqlılığı və sabit likvidlik kimi amillərlə əsaslandırırlar.

Agentliyin gəldiyi qənaətə görə "Xalq Bank”ın kapitalı bütün yüksək kredit zərərlərini qarşılamağa imkan verir. Hesabatda Bankın kredit portfelində problemli kreditlərinin payının 12,7%-dək, kredit üzrə zərərlərin 1,9%-dək enməsi müsbət hal kimi dəyərləndirilir, nizamnamə və məcmu kapitallarının adekvatlılıq əmsalının yüksək olması xüsusilə vurğulanır.

ASC "Xalq Bank” "Moody`s Investors Service” beynəlxalq reytinq agentliyi ilə 2011-ci ildən əməkdaşlıq edir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook