Moskva məhkəməsi "Qazprom"u "LGBT təbliğatı"na görə bir milyon cərimələdi
Yanvar 13
14:57
2024
Moskvanın Taqanski Rayon Məhkəməsi "Qazprom"a məxsus "Red Media Holding"i 25 illik klipdəki "LGBT təbliğatı"na görə 1 milyon rubl (təxminən 19200 manat) cərimələyib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Verstka" məlumat yayıb.
Hələ 1999-cu ildə lentə alınan 4 dəqiqəlik klipdə iki qızın öpüşünü əks etdirən 9 saniyəlik fraqment rusiyalı hüquq-mühafizə orqanlarının diqqətini çəkib. Bu seqment "eyni bioloji cinsdən olan iki şəxs (qadın) arasında qeyri-şifahi qarşılıqlı əlaqə səhnələri" və "məhəbbətli jestlər və toxunma jestləri, habelə eyni bioloji cinsdən olan iki şəxs arasında öpüşmə səhnələri" kimi təsnif edilib.
Müdafiə tərəfi israr edib ki, klipdə "eyni cinsin nümayəndələri arasında cinsi əlaqə səhnələri yoxdur, lakin Rusiyaya və onun şəhərlərinə - Sankt-Peterburq və Moskvaya sevgini təbliğ edir". Amma hakim hesab edib ki, klipdəki qızlar lezbiyandır və buna görə də klip qanunu pozur.
Qaynarinfo xəbər verir ki, bu barədə "Verstka" məlumat yayıb.
İş materiallarından görünür ki, holdinqin tərkibinə daxil olan "Lya-minor TV" telekanalının efirində kanal 24 iyul 2023-cü il tarixdə "Dance minus" qrupunun "City" klipini nümayiş etdirdiyinə görə cərimə kəsilib.