SON XƏBƏR

Moskva vilayətinə daha bir dron hücumu - Əhali təxliyə edildi

İyul 12
11:27 2023
Moskva vilayətinin Podolsk şəhəri üzərində partlayıcı ilə yüklənmiş kvadrokopter uçub.

Qaynarinfo xəbər verir ki, bu barədə "Baza" "Telegram" kanalı yazıb.

Telekanalın məlumatına görə, yerli sakinlər təxliyə edilib. Bildirilir ki, dronun ölçüsü 20-20 sm olub, ona düzbucaqlı obyekt bərkidilib. İki yoxlama aparılıb, onlardan biri əşyanın bomba ola biləcəyini göstərib. 

Bombanın çəkisinin 600 qram olduğu güman edilir, hazırda kvadrokopter şübhəli əşya ilə birlikdə ekspertizaya göndərilib.

Bundan əvvəl Moskva vilayətinə beş pilotsuz uçuş aparatı tərəfindən hücum edilib.

Mayın 30-da səhər saatlarında fövqəladə hallar xidməti pilotsuz uçan aparatların iki yaşayış binasını vurması barədə məlumat verib. Biri Profsoyuznaya küçəsində, digəri Yeni Moskvada Atlasova küçəsində baş verib.

Rusiya Müdafiə Nazirliyi hücumda 8 pilotsuz uçuş aparatının iştirak etdiyini bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook