SON XƏBƏR

Moskvada universitet direktoru dələduzluğa görə saxlanıldı: 500 milyonluq yeyinti

Sentyabr 02
11:29 2021
Moskvadakı "Stankin" İnstitutunun direktoru universitetdə milyonlarla dollar mənimsəmə iddiası ilə saxlanılıb.

Qaynarinfo kp.ru-ya istinadən xəbər verir ki, Moskva Dövlət Texniki Universitetinin "Stankin" Raket və Kosmos Sənayesinin Texnoloji İnkişafı İnstitutunun direktoru Qriqori Zusev böyük dələduzluqda şübhəli bilinərək Moskvada saxlanılıb.

Hüquq-mühafizə orqanlarından TASS-a verilən məlumata görə, universitet direktoru öncə istintaqa ifadə verib. Öz növbəsində, paytaxt Tverskoy məhkəməsi agentliyə bildirib ki, Zusevə 2 oktyabr 2021-ci il tarixinə qədər ev dustaqlğı verilib.

Başqa bir mənbəyə görə, istintaq öncəsi yoxlama Rusiya Sənaye və Ticarət Nazirliyi tərəfindən başladılıb. O, dövlət müqaviləsi ilə müəyyən edilmiş işin miqdarının institutda həyata keçirməyb. Bu azmış kimi Zusev, qondarma müqavilələr də bağlayıb. 

Universitet direktorunun hərəkətlərindən dəymiş ziyanın 500 milyon rubla yaxın olduğu deyilir.

Qeyd edək ki, 2021-ci il iyunun əvvəlində FSB əməkdaşları, büdcə vəsaitlərini qanunsuz xərcləməkdə şübhəli bilinən Uzaq Şərq Dövlət Dəmiryolları Universitetinin filialının direktoru İvan Litvinovu saxlayıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook