SON XƏBƏR

Moskvadakı baza Azərbaycan klubuna sponsorluq edə bilər

Aprel 19
13:24 2017
Futbol üzrə Azərbaycan çempionatının birinci divizionunda sona iki tur qalmasına baxmayaraq, "Turan Tovuz” artıq elitaya vəsiqəni təmin edib. Əsgər Abdullayevin komandası 24-cü turda doğma meydanda MOİK-i minimal hesabla udmaqla, bu vəzifənin öhdəsindən gəlib.

Amma yayılan xəbərlərə görə, "Turan Tovuz” premyer-liqada çıxış etmək üçün lazımi maliyyə dayaqlarına malik deyil. Düzdür, komandanın normal stadionu, aşağı yaş qruplarında komandaları var. Amma maliyyə zəmanəti olmadığından klub premyer-liqaya buraxılmaya bilər.
Artıq bir çox tovuzlu ziyalılar kluba kömək etmək üçün imkanlı həmyerlilərinə müraciət etmək istəyirlər. Hətta əslən Tovuzdan olan millət vəkili Qənirə Paşayeva belə "Tovuz Turan” üçün həyəcan təbili çalsa da, indiyədək heç kim bu məsuliyyətin altına girmək istəmir.

Amma deyəsən işıq ucu görünməyə başlayıb. Moskvadakı mənbələrdən Lent.az-a daxil olan məlumata görə, Rusiya paytaxtının ən böyük meyvə-tərəvəz bazası sayılan "Fud-Sity” "Turan Tovuz”a sponsorluq edə bilər. Mənbənin dediyinə görə, əslən Tovuzdan olan İlham Rəhimovun da pay sahibi olduğu bu bazanı əslən Qubadan olan milyonçular Qod Nisanov və Zarah İliyev idarə edir. Mənbənin dediyinə görə, İlham Rəhimov ona edilən müraciətlərdən sonra doğma rayonunun klubuna dəstək vermək qərarına gəlib.
Mövzunu diqqətdə saxlayacağıq. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook