SON XƏBƏR

"Moskvadakı teraktın arxasında bu 3 ölkə var" – FSB rəhbəri açıqladı

Mart 27
11:28 2024
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) direktoru Aleksandr Bortnikov Moskvadakı terror aktının arxasında ABŞ, İngiltərə və Ukraynanın olub-olmaması ilə bağlı jurnalistlərin sualını cavablandırıb.

"AzPolitika” xəbər verir ki, Bortnikov cavabında traktın arxasında məhz bu 3 ölkənin dayandığını bildirib.

"Biz də belə düşünürük. Artıq əlimizdə olan sübutlardan bəhs edirik. Bu ümumi məlumatdır, lakin onların da böyük qazancı var”,-deyə o qeyd edib.

Moskvada terror aktını törədənlərin Ukrayna ərazisinə getməyi planlaşdırdıqlarını iddia edən Bortnikov bildirib ki, onlar Ukrayna ərazisində "qəhrəman” kimi qarşılayacaqdılar.

Bortnikov Ukraynanın özünü sübut etməyə çalışdığını deyib:"Varlığını sübut etmək üçün nə etmək lazımdır? Arxa planda təxribat və terror aktları həyata keçirilməlidir. Ukrayna və İngiltərə kəşfiyyatı bunu hədəfləyir. ABŞ kəşfiyyatı da bu mövzunu dəfələrlə müzakirə edib”.

Rusiyanın Moskvadakı terror aktına cavab verəcəyini vurğulayan Bortnikov, bu hücumda əli olan hər kəsin tapılacağını və cəzalandırılacağını vurğulayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook