Moskvanın eks-meri Lujkovun arvadına cinayət işi açıldı: Axtarışa verildi
Dekabr 28
11:09
2019
Moskvanın keçmiş meri, Yuri Lujkovun dul xanımı Yelena Baturinaya böhtan iddiasıyla cinayət işi açılıb.
Qaynarinfo xəbər verir ki, bu haqda məlumatı RBK vəkil Dmitri Savoçkinə istinadən yayıb.
Böhtan haqda ərizəni Baturinanın "İnteko” şirkətinin vitse-prezidenti vəzifəsini icra edən qardaşı Viktorun iflasla bağlı işi idarə edən maliyyə meneceri Erents Manjeyev tərəfindən verilib.
Buna səbəb, Baturinanın Rusiyada Manjeyevə qarşı saxta sənədlərin köməyilə vəsait əldə etmək iddiasıyla cinayət işinin açılması barədə verdiyi ifadə olub. Manjeyev qeyd edib ki, bunlar qətiyyən həqiqətə uyğun olmadığına görə də o, Kalmıkiya məhkəməsinə ərizə yazıb.
Dekabrın 27-də hakim Baturinaya qarşı cinayət işinin başlanmasına qərar verib. O, hazırda Daxili İşlər Nazirliyi tərəfindən axtarışdadır.
Qeyd olunur ki, o barəsində qaldırılmış cinayət işindən xəbərdardır. Bununla belə, xaricdə yaşadığı üçün Baturinaya məhkəməyə gəlməyin zəruriliyi barədə rəsmi məlumat vermək mümkün olmayıb. Həmçinin hakim Manjeyevin məhkəməyə şikayətindən sonra Baturini ev dustağı etmək tələbini yerinə yetirməkdən imtina edib.