“Mossad” rəhbəri İranı “Tehranın ürəyinə zərbə endirməklə” hədələyib
Sentyabr 11
06:19
2023
İsrailin Kəşfiyyat və Xüsusi Məsələlər İdarəsinin ("Mossad”) rəhbəri David Barnea İranı "Tehranın ürəyinə zərbə endirməklə” hədələyib.
Reyxman Universitetində keçirilən təhlükəsizlik konfransında çıxış edən Barnea bildirib ki, son bir ildə İsrail və müttəfiqləri Avropa, Afrika, Cənub-Şərqi Asiya və Cənubi Amerikada 27 hücumun qarşısını alıblar.
"Bu komandalar tərəfindən həyata keçirilən hücumlar İran tərəfindən təşkil edilib, ilhamlanıb və idarə olunub. İndi biz danışdıqca İran əlavə hücumlar həyata keçirməyə çalışır. Mesajımız yüksək, aydın və qətidir. Komanda göndərmək istəyənlər, səhv etməyin.
Əmin olun ki, biz sizi ələ keçirəcəyik və ədalət hamının gözü qarşısında zəfər çalacaq. Bu, keçmişdə də sübuta yetirilib və biz bunu gələcəkdə növbəti səviyyəyə qaldıracağıq”.