SON XƏBƏR

MostBet bukmeyker şirkəti ölkəmzidə niyə bloklanmır?

Yanvar 22
18:13 2021
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi qanunsuz fəaliyyət göstərən bukmeyker şirkətlərinə göz yumur

Azərbaycanda internet üzərindən qanunsuz mərc oyunları həyata keçirən şirkətlərdən biridə MostBet bukmeyker şirkətidir. 

Mənzil qərərgahı Cənubi Kiprinin Nikosiya şəhərində yerləşən MostBet-in ölkəmizdə fəaliyyətinin qanunla qadağan olunmasına baxmayaraq, adıçəkilən kantor internet üzərindən Azərbaycanda rahat şəkildə fəaliyyətini davam etdirir.

AzFakt.com xəbər verir ki, MostBet bukmeyker şirkətinin ölkəmizdə internet üzərindən açıq şəkildə qanunsuz fəaliyyət göstərməsinə baxmayaraq, aidiyyatı qurumlar onunla bağlı heç bir addım atmırlar. Saytımıza verilən məlumata görə, Azərbaycanda yeganə rəsmi bukmeyker kantoru olan "Topaz" şirkətinin bu barədə rəsmi orqanlara dəfələrlə müraciət etməsinə baxmayaraq, MostBet-ə qarşı hər hansı bir tədbir görülməyib. 

MostBet-in ölkəmizdə qanunsuz fəaliyyətinin qarşısını ala biləcək qurumlardan birincisi Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir. Ancaq adıçəkilən qurum başda MostBet olmaqla digər bukmeyker şirkətlərinin ölkəmizdə qanunsuz fəaliyyətlərinin qarşısını almaq üçün hansısa bir tədbir görmür. Buna misal olaraq MostBet-in rəsmi internet səhifəsinin Azərbaycanda rahat şəkildə açılması və şirkətin mərc oyunlarını sosial şəbəkələr vasitəsilə vətəndaşlara təqdim etməsini deyə bilərik. Link BURDA 

Bildirək ki, prezident İlham Əliyevin 25 oktyabr 2016-cı ildə imzaladığı "Bədən tərbiyəsi və idman haqqında” qanunun tətbiq edilməsi barədə” fərmanında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tapşırılıb ki, Azərbaycanda idman mərc oyunlarının operatoru ilə müqavilə bağlamadan fəaliyyət göstərən idman mərc oyunlarının həm yerli, həm də xarici virtual satıcılarının internet portallarının və saytlarının ölkə ərazisində fəaliyyətinin qarşısının alınması üçün zəruri tədbirlər görsün. Daxili İşlər və Vergilər nazirliklərinə isə tapşırılıb ki, akkreditasiya olunmadan idman mərc oyunlarının təşkilinə və ya keçirilməsinə qarşı mübarizədə fəaliyyətin əlaqələndirilməsini təmin etsinlər, həmin oyunları qanunsuz təşkil edən və ya keçirən şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi və belə halların gələcəkdə baş verməməsi üçün tədbirlər görsünlər.

Qanunla Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə ölkəmizdə qanunsuz fəaliyyət göstərən MostBet bukmeyker kantorunun internet səhifəsini bloklamaq səlahiyyəti verilsə də, nazirlik nədənsə susqunluk nümayiş göstərir. 
 
Qlobal.az 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook