Mourinyo "vergi fırıldaqçılığı"nda ittiham edilir
İyun 21
06:57
2017
Manchester United futbol komandasının meneceri Jose Mourinyo İspaniya tərəfindən "vergi fırıldaqçılığı"nda ittiham edilib. Bu, onun Real Madrid komandasına menecerlik etdiyi zaman fəaliyyətilə əlaqəlidir.
O, 2011 və 2012-ci illər arasında 6.26 milyon manat (3.3 milyon avro) vergidən yayınıb, prokurorlar deyirlər.
Mourinyo bu ittihamlarla bağlı açıqlama verməyib.
Bundan əvvəl İspaniyada Lionel Messi oxşar ittihamla 21 aylıq həbs cəzası alıb.