SON XƏBƏR

MTRŞ-nin sədr müavini: Ölkədə fəaliyyət göstərən radio və televiziyalarda Azərbaycan ədəbi dil qaydalarının pozulması yaxşı hal deyil

Dekabr 15
10:07 2015
Milli Televiziya və Radio Şurası (MTRŞ) və AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun "Azərbaycan teleradio məkanında ədəbi dilin qorunması” adlı birgə layihəsi əsasında televiziya kanallarında apardığı monitorinqin nəticələri açıqlanıb.
 
Bildirilib ki, sentyabr-oktyabr aylarını əhatə edən monitorinq zamanı milli telekanallarda yayımlanan verilişlərin dili monitorinqə cəlb olunub. Monitorinq nəticəsində 7 televiziya kanalında - İctimai TV, "Xəzər” TV, ANS TV, ATV, "Space” TV, "Lider” TV və "Region” TV-də yayımlanan verilişlər izlənilərək ədəbi dil normalarının pozulma faktları aşkarlanıb.
 
Monitorinq zamanı təhlilə cəlb olunan və ədəbi dil normasının pozulmasını əks etdirən 831 faktdan 425-i fonoloji, 208-i leksik, 170-i qrammatik, 28-i üslubi səviyyədə normadan kənara çıxma hallarının göstəricisidir.
 
MTRŞ-nin sədr müavini Qafar Cəbiyev deyib ki, ölkədə fəaliyyət göstərən radio və televiziyalarda Azərbaycan ədəbi dil qaydalarının pozulması adi hala çevrilib və bu yaxşı hal deyil: "Dublyaj olunan filmlər yüksək-estetik tələblərə cavab vermir.
 
Eyni zamanda bəzi televiziyalarda çalışan diktor və aparıcıların daha peşəkarları ilə əvəz olunması zərurəti yaranıb”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook