SON XƏBƏR

Muğamın açarı kimdədir? - Arif Babayevin sözləri birmənalı qarşılanmadı

Fevral 23
14:16 2024
"Əslində, Arif Babayev üzərimə böyük məsuliyyət qoyub". 

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Mənsum İbrahimov Arif Bayayevin "muğamın açarını vermişəm Mənsum İbrahimova" fikirlərinə münasibətində deyib. 

Xanəndə Milli Konservatoriyasının Muğam kafedrasına 2012-ci ildən Arif Babayevin xeyir-duası ilə gəldiyini diqqətə çatdırıb:

"Arif Babayevin səhhəti imkan vermədiyindən bu işi mən aparırdım. Muğam kafedrasında Azərbaycanın ən tanınmış xanəndələri işləyir, dünya şöhrətli Alim Qasımovdan tutmuş, Qəzənfər Abbasova kimi hər kəs buradadır. Hamı əl-ələ verib gənc nəsilin yetişdirilməsi və muğamın inşkişafına xidmət edir. Arif Babayevin həmin fikirləri isə zarafat idi".
 
Mənsum İbrahimov tez-tez sənət adamların kafedrada yığışıb yeni-yeni layihələr üzərində fikir müzakirəsi apardığını əlavə edib:

"Kafedranın uğurları, həyata keçirilən layihələr təkcə mənim adımla bağlı deyil, bütün xanəndələrin xidmətidir. Biz muğamın əsgəriyik. Onun keşiyində dayanmışıq. Bizim hər birimiz bir əsgərik". 

Mənsum İbrahimov Arif Babayevlə olan layihələrdən də söz açıb:

"Arif Babayevin ad günüdür. Mart ayında kafedranın müəllim heyəti ilə birlikdə Heydər Əliyev Sarayında onun ad gününü qeyd edəcəyik. Arif Babayevlə bağlı layihələr gələcəkdə işğaldan azad olunan torpaqlarda da həayat keçiriləcək. Məsələn, Ağdam, Şuşa və Füzuli şəhərlərində". 

Qeyd edək ki, Xalq artisti Arif Babayev çıxışlarının birində "Muğamın açarını vermişəm Mənsum İbrahimova. Demişəm ki, davam et. O da davam etdirir" fikirlərini səsləndirib. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook