"Muğan Bank"da kütləvi ixtisarlar başlayıb
Avqust 12
19:12
2020
"Muğan Bank”da ixtisarlar başlayıb. Söhbət bankın "Sumqayıt” filialından gedir.
Bu barədə "MediaPost”a bankdakı mənbədən bildirilib. Məlumata görə, may ayından etibarən Sumqayıt filialının işçilərinin yarısı ixtisar edilib. Belə ki, 11 işçisindən 5-i (əməliyyatçı, kredit işçisi, inkasator-sürücü, təsərrüfat və mühafizə işçisi) işdən azad edilib. Vəziyyəti pisləşən bank işçilərini azaltmaqla xərclərini optimallaşdırmağa çalışır.
Qeyd edək ki, iyun ayında Bankın "Xırdalan” filialı fəaliyyətini dayandırıb.
Xatırladaq ki, "Muğan Bank” 1992-ci ildə yaradılıb. Bankın səhmlərinin 66,17%-i Elmir Mehdiyevə (Müşahidə Şurasının sədri), 12,14%-i Maqbet Mehdiyevə, 11,17%-i Vəfa Vəliyevaya, 10,52%-i isə Fəridə Mehdiyevaya məxsusdur.

Qlobal.az