Mübariz Mənsimovun qürubu: “Xəzər Lənkəran” çempionatdan niyə çıxdı
May 28
12:00
2016
"Bu illər ərzində 300 milyon dolların başına daş saldız, götürün, o ”Xəzər Lənkəran", o da..." deyən, iş adamı klubla bağlı çoxdan gözlənilən qərarı verdi
"Xəzər Lənkəran” futbol klubu fəaliyyətini dayandırıb. «Report»-un məlumatına görə, bu barədə klubun fəxri prezidenti Mübariz Mənsimovun başçılığı ilə keçirilmiş iclasda qərar qəbul olunub.
İclasda klubun fəaliyyətinin bütün istiqamətləri müzakirə olunub, hər bir fəaliyyət istiqaməti hazırda mövcud olan reallıqlara uyğun olaraq qiymətləndirilib. İclasın yekununda qərara alınıb ki, "Xəzər Lənkəran” futbol klubu əsas komanda olaraq Azərbaycan çempionatlarında iştirakını dayandırsın. Bununla belə, klub Azərbaycan futbol ailəsinin üzvü olaraq qalacaq və aşağı yaş qrupları üzrə fəaliyyətini davam etdirəcək. Növbəti mövsüm üçün "Xəzər Lənkəran” FK AFFA bayrağı altında keçirilən müəyyən aşağı yaş liqalarında iştiraka dair assosiasiyaya müraciət edəcək. Aşağı yaş qruplarının strukturunun və heyətinin yenidən təşkili, yeni mövsümdə yarışlarda iştirak edəcək komandaların formalaşdırılması və digər təşkilati məsələlər klubun administrasiyasına tapşırılıb.
"Əvvəlki illərdə olduğu kimi, klubumuz Azərbaycanın cənub bölgəsində futbolun yaşaması, həmçinin bu bölgədə futbolçuların yetişdirilməsi istiqamətində mövcud olan bütün imkanlarından istifadə edəcək. ”Xəzər Lənkəran" FK öz adını və brendini qorumaq niyyətindədir və bu işdə çoxsaylı azarkeşlərinin dəstəyinə arxalanır" deyə, klubun rəsmi saytında bildirilir.
Mübariz Mənsimovun "Xəzər Lənkəran”a pul ayırmayacağı lə bağlı xəbərlər bir neçə ay əvvəl də vardı. Bildirilirdi ki, "Palmali” Şirkətlər Qrupunun prezidenti təkcə "Xəzər-Lənkəran”a deyil, Azərbaycandakı digər biznesinə - "Palsüd”ə də maliyyə ayırmaqdan imtina edib. Mənsimovlar ailəsinə yaxın mənbə iddia edirdi ki, Mübariz Mənsimov Bakıda keçirdiyi toplantıda bundan sonra nə "Xəzər Lənkəran”a, nə də "Palsüd”ə maliyyə ayırmayacağını bildirib. M.Mənsimov, xüsusən də, "Xəzər Lənkəran” rəhbərliyinin fəaliyyətindən gileylənibmiş: "Bu illər ərzində 300 milyon dolların başına daş saldız. Götürün, o ”Xəzər Lənkəran", o da "Palsüd”. Bundan sonra məndən pul istəməyin. Necə bacarırsızsa, eləcə də saxlayın".
"Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov ötən ay verdiyi açıqlama ilə bu xəbərlərin təsadüfi olmadığını dolayısı ilə təsdiqləmişdi. "Xəzər Lənkəran” rəsmisi klubun sahibi Mübariz Mənsimovun "ağ-yaşıllar”ı maliyyələşdirməkdən imtina etdiyinə dair iddialara belə reaksiya verib: "Klubumuzun İdarə Heyəti var. İdarə Heyətinin rəhbəri Mais Mənsimovdur. Mübariz Mənsimova gəldikdə, ona həftəlik və aylıq hesabat verilir. Müxtəlif fikirlər var ki, guya ”Xəzər Lənkəran" Mübariz Mənsimovun marağında deyil və baş sponsor "Palmali” Şirkətlər Qrupu kluba sponsorluq etmək fikrində deyil. Bu, biznesdir. Ana sponsorun alacağı vəsaitlər var. Dünyada baş verən iqtisadi böhran bütün biznes strukturlarına təsir edir. Üstəlik, nəzərə almaq lazımdır ki, FİFA-nın qərarına əsasən, bizim 600-700 min ödəməli olduğumuz vəsait var". O, yaxın vaxtlarda "Xəzər Lənkəran”a yeni sponsorlar cəlb olunacağını, həmin sponsorların adlarının tezliklə ictimaiyyətə açıqlanacağını demişdi.
Qeyd edək ki, Rusiyanın daxili sularında yük daşımaları ilə məşğul olan "Palmali” Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalardan da ciddi ziyana düşüb. Rusiyanın müxtəlif ticarət nişanlarının və xüsusən də neft məhsullarının dünyanın müxtəlif ölkələrinə daşınmasında aparıcı paya malik olan şirkət sanksiyalar səbəbindən bu gəlirdən də məhrum olunub və nəticədə də ciddi maliyyə böhranı ilə üzləşib.
Məlumata görə, şirkət rəhbərliyi yaranmış situasiyanın vurduğu zərərin sarsıdıcı effekt verməməsi üçün müxtəlif yollar arayır. Bunlardan biri kimi isə "Palmali”nin ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən ofislərinin bir qisminin bağlanması nəzərdən keçirilir. Hazırda 20-dən artıq ölkədə nümayəndəliyi olan şirkət bunlardan yarısının fəaliyyətinə son vermək niyyətindədir. Bundan başqa, şirkətlər qrupuna daxil olan bütün kommersiya qurumlarında ciddi ixtisarlar aparılacağı da deyilir. "Palmali” rəhbərinin Bodrumdakı hotellərindən birini satdığı da deyilirdi. Göründüyü kimi, M.Mənsimov nəhayət, "Xəzər-Lənkəran”la bağlı bu cür sərt qərar verdi. İndi AFFA-nın bu qərara reaksiyasının necə olacağı da maraq doğurur. "Xəzər-Lənkəran”ın çempionatda iştirakın dayandırması onsuz da zəif olan TOPAZ primyer-liqasında rəqabəti daha da azaldacaq. Mümkündür ki, AFFA kluba öz maliyyə dəstəyini təklif etsin, amma sponsorsuz komandaya bu dəstək ciddi kömək sayıla bilməz. O da istisna deyil ki, M.Mənsimov ümumiyyətlə, klubu satsın...

("Yeni Müsavat”)