SON XƏBƏR

Mübariz Qurbanlı 20 manatlıq şirkətlə milyonluq müqavilə bağladı

Yanvar 18
04:18 2021
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi "NCP” MMC ilə maliyyə dəyəri 1 milyon 249 min 620 AZN olan müqavilə imzalayıb.

Qaynarinfo xəbər verir ki, müqaviləyə əsasən, MMC dövlət qurumunu maşın və avandanlıqlarla təmin etməlidir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "NCP” MMC 23 iyun 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 48, mənzil 26-da yerləşir. MMC-nin qanuni təmsilçisi Tengiz Hümbət oğlu Qurbanovdur.
"NCP” MMC 2016-cı ildən fəaliyyət göstərsə də, açıq mənbələrdə barəsində hər hansı məlumat yoxdur. Bəzən bu şirkət "NCP Elektroniks”lə eyniləşdirilir. Lakin "NCP Elektroniks” adından da göründüyü kimi elektrotexniki məhsulların satışı ilə məşğuldur. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin müqavilə bağladığı "NCP” MMC isə avtomobil və onun avandanlıqlarının satışını həyata keçirir. Hər halda müqavilədən belə aydın olur.

Açıq mənbələrdə MMC-nin qanuni təmsilçisi Tengiz Qurbanov barəsində hər hansı məlumata rast gəlmədik.

Maraqlıdır, tanınmayan, nizamnamə kapitalı 20 AZN olan şirkət hansı səbəblərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin diqqətini çəkib və ona milyonluq tender həvalə edilib?

Məlumat üçün deyək ki, komitənin sədri keçmiş YAP-çı deputat Mübariz Qurbanlıdır.
 
Qlobal.AZ



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook