Mübariz Qurbanlının oğlunun şirkəti ləğv edilir – Şübhəli tenderlər
İyul 09
13:20
2021
"Phoenix Group” MMC (VÖEN: 1303952411) ləğv olunduğunu elan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat "Vergilər” qəzetinin rəsmi saytında yer alıb.
Məlumatda bildirilir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 11A, mənzil 12 ünvanına bildirə bilərlər.
Qeyd edək ki, "Phoenix Group” MMC 7 il əvvəl – 25.12.2014-ci il tarixində dövlət qeydiyyatına alınıb. MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. Qanuni təmsilçisi isə Qurbanlı Orxan Mübariz oğludur.
Onu da bildirək ki, "Phoenix Group” MMC qanuni təmsilçisi isə Qurbanlı Orxan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının oğludur.
"Phoenix Group” MMC-nin adı bir qədər əvvəl mətbuatda qanunsuz tender əməliyyatında hallanıb. Belə ki, 2014-cü ildə təsis olunan və Orxan Qurbanlının rəhbərlik etdiyi "Phoenix Group” MMC 2015-ci ildə atası Mübariz Qurbanlının rəhbərlik etdiyi Komitə tərəfindən keçirlən ümumilikdə 153 min manatlıq tender müsabiqəsinin qalibi olub. Bu tender müsabiqəsinin nəticəsi "Dövlət satınalmaları haqda qanun”un 13-cü maddəsinin 2.1. bəndinin tələblərinə əsasən qanunsuz hesab olunmalıdır.
Orxan Qurbanlının qanuni təmsilçi olduğu daha bir şirkət 29.02.2016-cı ildə eyni ünvanda – Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 11A, mənzil 12-də dövlət qeydiyyatına alınıb. Mübariz Qurbanlının böyük oğlu Orxan Qurbanlı 29.06.2015-ci il tarixində Nəsimi rayonu Nizami küçəsi, ev 203B-də "Cyclee” MMC adlı daha bir şirkət qeydiyyatdan keçirib.
Mübariz Qurbanlının kiçik oğlu Mustafa Qurbanlı isə 21.04.2014-cü ildə Nəsimi rayonu 28 May, ev 58, m. 14-də "Studio 5” MMC, 27.08.2020-ci ildə isə Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə, ev 31 ünvanında "Celeste” MMC adlı şirkəti qeydiyyatdan keçirib. Mustafa Qurbanlı eyni zamanda SOCAR-da vitse-prezidentlərdən birinin müşaviri vəzifəsində çalışır.

Qlobal.Az