SON XƏBƏR

Müdafiə etdiyi qadını təhqir edən vəkilə bu cəza verildi

Aprel 18
11:10 2023
Lənkəranda fəaliyyət göstərən vəkillərdən biri məhkəmə qarşısına çıxarılıb.

Qlobal.az-ın Qafqazinfo-ya istinadən məlumatına görə, Lənkəran Rayon Məhkəməsində vəkil Çingiz Babayev barəsində xüsusi ittiham qaydasında şikayətə baxılıb.

Belə ki, vəkil kimi müqavilə bağlayaraq hüquqlarını müdafiə etdiyi, həm də qohumu olan qadın Ç.Babayevin onu təhqir etməsini bildirərək polisə şikayət edib.

Məlum olub ki, tərəflər mülki məsələ ilə bağlı əməkdaşlığa başlasalar da, sonradan qadın Ç.Babayevdən narazı olub və ondan şikayət edib. Bundan sonra Ç.Babayev onunla Lənkəranda görüşüb və digər insanların yanında təhqiramiz sözlər deyib.

Lənkəran Rayon Məhkəməsi vəkil Çingiz Babayevi Cinayət Məcəlləsinin 148-ci (Təhqir) maddəsi ilə təqsirli bilib. Ona 1500 manat cərimə cəzası təyin edilib.
 
Şikayətçinin mənəvi zərərlə bağlı tələbi isə baxılmamış saxlanılıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook