SON XƏBƏR

Müdafiə Nazirliyi: "Kamil Zeynallı əsgərləri sıraya düzmək üçün heç kimdən icazə almayıb" - VİDEO

Yanvar 04
15:23 2021
Son günlər Kamil Zeynallı adlı sosial şəbəkə istifadəçisinin ön cəbhədə Azərbaycan əsgərlərinin qarşısında heç də birmənalı qarşılanmayan çıxışları gündəmin əsas müzakirə mövzularından biridir.

Sosial şəbəkə istifadəçiləri Azərbaycan əsgərlərinin Kamil Zeynallının qarşısında sıra düzülüşünə keçirilməsinə və onun çıxışlarına qulaq asmağa məcbur edilməsinə etiraz ediblər. 

Müdafiə Nazirliyi məsələyə münasibət bildirib.

Nazirlikdən "24saat.org”a bildirilib ki, Kamil Zeynallının Azərbaycan əsgərini sıraya düzməsinin heç bir səlahiyyəti yoxdur: "Adıçəkilən şəxsin Azərbaycan ordusunda heç bir vəzifəsi yoxdur və o, əsgərləri sıraya düzmək üçün heç kimdən icazə almayıb". 

Müdafiə Nazlirliyi jurnalistin: "Sosial şəbəkə istifadəçisi olan digər şəxslər də istədikləri zaman əsgərimizi sıraya düzə bilərmi?”, - sualına: "Xeyir”, - cavabını verib.

Kamil Zeynallının "Facebook” profilindəki sözügedən kadrları təqdim edirik:
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook