Müdafiə Nazirliyi “tender kralı”nı məhkəməyə verdi
Aprel 19
17:17
2022
Müdafiə Nazirliyi "Elnur-2” İstehsalat Kommersiya Şirkətini məhkəməyə verib.
Qaynarinfo xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Zeynəb Axundovanın icraatındadır. Məhkəmə çəkişməsinin səbəbi isə podrat müqaviləsi üzrə mübahisələrdir.
"Elnur-2” İstehsalat Kommersiya Şirkəti 11 fevral 1994-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1.60 AZN şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, ev 11/35, mənzil 57-də yerləşir. "Elnur-2”nin qanuni təmsilçisi isə Abıyev Zaur Niyaz oğludur.
"Elnur-2” şirkətinin adı daha çox tender əməliyyatlarında çəkilir. Şirkət əsasən cənub rayonlarının keçirdiyi satınalma müsabiqələrinin qalibi olur. Tender kralı kimi tanınan "Elnur-2”nin qanuni təmsilçisi Zaur Abıyevin adı isə ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həbs edilmiş vəzifəli şəxslərinin əməllərindən zərərçəkmiş vətəndaşların siyahısında da yer alır. O, məhkəməyə ifadəsində bildirib ki, 2013-cü ilin dekabr ayının 19-da digər zərərçəkmiş Elton Cəfərli ilə birlikdə "Texnikabank”ın "Proqress” filialından 620 min manat pul götürüb çıxarkən MTN əməkdaşları tərəfindən saxlanılıblar. Zaur Abıyevin sözlərinə görə, onları pul torbası ilə birlikdə MTN-ə aparıblar və bir müddət saxladıqdan sonra sərbəst buraxıblar.

Zərərçəkmiş sərbəst buraxılarkən pulun üstündən 200 min manat məbləğin əskik olduğunu öyrənib. Vəkillərin sualları zamanı aydın olub ki, Zaur Abıyev saxlanılan gün sözügedən bankda onun adına nağd pul verilməyib və həmin hesabda olan vəsait tamamilə başqa insanın adında olub.
Qlobal.az