"Müharibədən sonra Ermənistanda yoxa çıxan 17 min avtomat İranın əlinə keçə bilər" - KİV
Yanvar 24
11:32
2024
Ermənistanın daxili işlər naziri Vaqe Kazaryan bir neçə gün əvvəl İkinci Qarabağ müharibəsindən sonra orduya məxsus 17 min avtomatın yoxa çıxdığını açıqlamışdı.
Brüsseldə fəaliyyət göstərən nüfuzlu "EU Reporter” saytı bu mövzuda maraqlı araşdırma ilə çıxış edib.
APA "EU Reporter”in "Regional destabilizator: itirilən erməni avtomatlarının qurbanları kimlər olub?” başlıqlı həmin məqaləsini təqdim edir:
"Erməni hərbçilərinə necəsə 17 min avtomatı itirmək müvəffəq olub. Bu, zarafat deyil, Ermənistanın daxili işlər naziri Vaqe Kazaryanın sözlərinə görə, bu qədər silah anbarlarda yoxdur. Ermənistan hərbçilərinin əsas hücum silahları isə Rusiya istehsalı olan "Kalaşnikov” avtomatlarıdır.
Bu rəqəmi təsəvvür etmək çətindir - 17 000. Təsəvvür edin - bu qədər silah 3,5 piyada briqadasını silahlandırmaq üçün kifayətdir! Ermənistanın bütün ordusunun sayı 65 min nəfərdir, deməli, itirilmiş silahlar şəxsi heyətin dörddə birinə bəs edir. Əgər həmin 17 min silah düzgün qablaşdırılsaydı, bu, 1400-dən çox kifayət qədər böyük və ağır qutu (hər birində 12 avtomat) olardı ki, bu da silahların yerdəyişməsi üçün 10-dan çox hərbi yük maşını tələb edərdi.
Kazaryanın sözlərinə görə, silahlar 2020-ci ilin sonunda, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Qarabağ bölgəsinin böyük hissəsini azad etdiyi 44 günlük müharibədən sonra yoxa çıxıb. Həmin silahlar müharibə zamanı itməyib və ya Azərbaycan qoşunları tərəfindən qənimət kimi götürülməyib – silahlar məhz münaqişədən sonra yoxa çıxıb.
Əgər silahlar yerli əhali tərəfindən oğurlansaydı, hər hansı vətəndaş üsyanı çox güman ki qanlı toqquşmalara çevriləcək və dövlətin dağılmasına səbəb olacaqdı. Amma Ermənistandakı siyasi vəziyyəti və silahlı üsyana çevrilməyən vaxtaşırı kütləvi etirazları nəzərə alsaq, çox güman ki silahlar artıq ölkədə yoxdur. Ermənistan kimi ölkədə 17 min avtomat gizlətmək çətin olardı.
Bu silahlar indi haradadır? Onlar, şübhəsiz ki, Türkiyə, Gürcüstan və Azərbaycan sərhədlərindən keçərək Ermənistanı tərk etməyib. Planetin istənilən yerində silah almaqda çox maraqlı olan bircə qonşu ölkə qalır - İran. Müxtəlif terror təşkilatlarının əsas dəstəkçisi olan Tehran onları müntəzəm olaraq yüngül və ağır silahlarla təmin edir.
Bu gün sanksiyalardan yayınmaqda dəstəyinə görə İran-Rusiya müttəfiqliyinin mühüm tərkib hissəsi olan Ermənistanın fəal köməyi sayəsində İrəvan bu cür silahların əldə olunacağı yerdir.
Təsəvvür edin ki, 2020-ci ildən bəri Ermənistan hərbi ehtiyatlarından "yoxa çıxan” "Kalaşnikov” avtomatları HAMAS-ın əlinə düşə və İsraildə oktyabrın 7-də törədilən terror aktlarında istifadə oluna bilərdi.
Bir il əvvəl Rusiya təbliğatı Ukraynaya göndərilən silahların cinayətkarların əlinə keçəcəyi versiyasını fəal şəkildə təbliğ edirdi. Şərqi Avropada yüzlərlə odlu silahın müxtəlif dəstələrə satıldığı iddia edilirdi. Dəlillər kifayət qədər qeyri-müəyyən olsa da, bu barədə mediada böyük səs-küy var idi. Əlbəttə, çox güman ki, cinayətkarlar döyüş bölgəsindən silah ala bilərdilər.