Muharrem İnce yeni hərəkat yaratdı
Avqust 13
18:34
2020
"Türkiyə seçimsiz deyil, saray rejiminə məhkum deyil”
Türkiyənin ana müxalifət Cümhuriyyət Xalq Partiyasının (CHP) yüksək üzvü və partiyanın 2018-ci il prezidentliyə namizədi Muharrem İnce yeni siyasi hərəkat qurduğunu açıqlayıb, -"Sözcü” xəbər verir.
"Türkiyə üçün yeni seçim təklif edirik. Bu gün başlatdığım hərəkat 1000 gündə Vətən Hərəkatı adlanır. Bu hərəkat gücünü, istiqamətini və maliyyəsini millətdən alacaq”,- İnce mətbuat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hərəkat sentyabrın 4-dən etibarən Türkiyə Cümhuriyyətinin müstəqilliyində mühüm bir mərhələ olan Sivas Konqresinin ildönümündə rəsmi şəkildə işə başlayacaq.
Keçən ay CHP-nin qurultayında partiyanın lideri Kemal Kılıçdaroğlu ilə fikir ayrılığı yaşadıqdan sonra yeni müxalifət partiyası quracağını iddia edən İnce bir müddətdir Türkiyə mediasının diqqətindədir.
"İndiki tək adam rejimi və ya bir nəfərlik müxalifət Türkiyənin problemlərini həll edə bilməz. Türkiyə seçimsiz deyil, saray rejiminə məhkum deyil”,- o deyib.
2018-ci il prezident seçkilərində İnce 31 faizdən çox səs toplayaraq Prezident Rəcəb Tayyib Ərdoğanın hakimiyyətə gəlişindən bəri heç bir müxalifət namizədinin edə bilmədiyi şəkildə izdihamı canlandıra bilmişdi. Ərdoğana məğlub olsa da, İnce yüzdə 31 səslə 41 bölgədə üstünlük qazanaraq CHP üçün bir ilkə imza atmışdı.///Meydan.tv