SON XƏBƏR

Mühəndis-istehkam hərbi hissəsində yeni tikililərin açılışı olub

İyul 30
10:23 2016
Mühəndis-istehkam hərbi hissəsində yeni tikililərin açılışı olub.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən hərbi hissələrdə tikinti-inşaat işləri davam edir. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti daha bir hərbi hospitalın tikintisi ilə maraqlanıb. Həmçinin mühəndis-istehkam hərbi hissəsində yeni inşa edilən tikililərin açılışı olub.
 
Qaradağ rayonunun Ələt qəsəbəsində tikintisi davam edən hərbi hospitalda görülən işlər barədə məlumat verən Tibb Baş İdarəsinin rəisi, general-mayor Natiq Əliyev bildirib ki, bu müəssisə ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi üçün nəzərdə tutulub. Müəssisə müasir tibbi avadanlıqla tam təmin olunacaq.
 
Sonra Silahlı Qüvvələrin əlahiddə mühəndis-istehkam hərbi hissəsində yeni inşa edilən və müvafiq avadanlıqla tam təmin olunan əsgər yataqxanaları, tibb məntəqəsi, ərzaq anbarları, döyüş texnikası parkı və digər tikililərlə tanışlıq olub.
 
Bildirilib ki, birbaşa təyinatları üzrə praktik fəaliyyətləri üçün bölmələr mühəndis qoşunlarında silahlanmaya yeni qəbul edilmiş müasir texnika, xüsusi avadanlıq və vasitələrlə təmin olunub.
 
Sonra hərbi hissənin silahlanmasında olan xüsusi texnikalara baxış keçirilib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook