Mülki ermənilərin Laçın sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidinə şərait yaradılıb
Avqust 25
12:51
2023
Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) əməkdaşlarının müşayiətilə Xankəndi-Gorus istiqamətində "Laçın” sərhəd-buraxılış məntəqəsində erməniəsilli şəxslərin sərbəst keçidi növbəti dəfə təmin edilib.
"Report" xəbər verir ki, bu gün məntəqədən Xankəndi-Gorus istiqamətində BQXK-ya məxsus ümumilikdə 10 nəqliyyat vasitəsi keçid edib.
Həmin nəqliyyat vasitələrinin içərisində 38 nəfər şəxs olub. Onlardan 5-i BQXK-nın üzvü, 10-u sürücü, 15 nəfəri xəstə, 6 nəfəri müşayiətçi, 2 nəfəri isə tibb işçisidir.
Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir.
Həmçinin, Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunu blokadada saxlandığı iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.
Həmin nəqliyyat vasitələrinin içərisində 38 nəfər şəxs olub. Onlardan 5-i BQXK-nın üzvü, 10-u sürücü, 15 nəfəri xəstə, 6 nəfəri müşayiətçi, 2 nəfəri isə tibb işçisidir.
Həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin edilib.
Həmçinin, Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunu blokadada saxlandığı iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.