“Mümkün hücum Rusiyanın məğlubiyyəti ilə nəticələnəcək” - Sikorski
Aprel 25
17:55
2024
"Mümkün hücum Rusiyanın məğlubiyyəti ilə nəticələnəcək”.
Sikorski NATO müdafiə gücünü artırmalı olduğunu bildirib.
"AzPolitika” xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski Rusiyanın NATO-ya ehimal olunan hücumuyla bağlı danışarkən deyib.
"Bu münaqişədən qorxmalı olan biz (Qərb) yox, Vladimir Putinin Rusiyasıdır. Rusiyanın ittifaq üzvlərindən hər hansı birinə hücum etməsi Moskvanın qaçılmaz məğlubiyyəti ilə nəticələnəcək.
Rusiyanın hərbi və iqtisadi potensialı Qərblə müqayisədə zəifdir. NATO-nun Rusiyadan 3 qat daha çox hərbi personalı, 3 qat daha çox hava qüvvələri, 4 qat daha çox gəmisi var”,-deyə o qeyd edib.