Musa Yaqub və Vaqif Bayatlının ailələri bir qrup yazıçının müraciətlərindən xəbərsiz olduqlarını bildiriblər
Aprel 10
18:46
2019
Şairlər Musa Yaqub və Vaqif Bayatlının ailələri onların səhhəti ilə bağlı bir qrup şair və yazıçının müraciətlərindən xəbərsiz olduqlarını bildiriblər.
Bunu Trend-ə açıqlamasında şair Musa Yaqubun oğlu Şəhriyar Yaqubov və Vaqif Bayatlının həyat yoldaşı Tamam Bayatlı deyib.
Ş.Yaqub bildirib ki, atasının səhhəti Heydər Əliyev Fondunun diqqət mərkəzindədir.
Şair V.Bayatlının müalicəsi ilə bağlı məsələyə gəlincə isə, həyat yoldaşı Tamam Bayatlı da Trend-ə açıqlamasında bildirib ki, bununla əlaqədar müraciət etməyiblər: "Yazıçılar adından hər hansı müraciətdən də xəbərimiz yoxdur”.
T.Bayatlı şairin bu yaxınlarda əməliyyat olunduğunu və bu yaxınlarda da müalicə üçün Türkiyəyə gedəcəyini bildirib.

Qeyd edək ki, bəzi KİV-lərdə M.Yaqub və V.Bayatlının səhhətlərində yaşanan problemlərin həllinə dəstək olması xahişi ilə şair və yazıçıların Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etdiyi barədə məlumat yayılmışdı.
Qlobal.az