SON XƏBƏR

Musiqili Teatr 107-ci mövsümə “O olmasın, bu olsun”la başladı- FOTOLAR

Sentyabr 19
13:14 2016
Azərbaycan Dövlət Musiqili Teatrı 107-ci mövsümünə 18 sentyabr – Milli Musiqi Günü start verib.
 
Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, yeni mövsümün açılış günü dahi Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun” iki hissəli musiqili komediyası nümayiş olunub. Tamaşanın nümayişindən öncə Musiqili Teatrın Ədəbi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı çıxış edib. O, dahi Üzeyir Haçıbəylinin yaradıcılığından, Milli Musiqi Gününün əhəmiyyətindən, Dövlət Musiqili Teatrının ötənilki uğurlu fəaliyyətindən, hazırlanması nəzərdə tutulan yeni tamaşalardan bəhs edib. Ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunan 18 senytabr tarixi musiqi mədəniyyətimizin əbədi günəşi, Azərbaycan professional musiqisinin banisi Üzeyir Haçıbəylinin doğum günüdür. Qeyd edək ki, "O olmasın, bu olsun” tamaşası eyni zamanda Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş etdirilib. İki hissəli möhtəşəm operetta tamaşaçılara - festival iştirakçılarına, şəhərimizin qonaqlarına, əcnəbilərə ingilis dilində tərcümə sətirlər – qaçan titrlər vasitəsilə təqdim olunub. Mədəniyyət və Turizm Nazirliyinin "Zirvə” Mükafatını qazanmış "O olmasın, bu olsun” tamaşasının quruluşçu-rejissoru Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət” ordenli Cənnət Səlimovadır.
 
Tamaşada əsas rolları milyonların sevimli gülüş ustası, Xalq artisti, "Şöhrət” ordenli Afaq Bəşirqızı, Əməkdar artistlər Şövqi Hüseynov, Novruz Qartal, Ələkbər Əliyev, Əzizağa Əzizov, Əkbər Əlizadə, aktyorlar Məhərrəm Qurbanov, Nadir Xasıyev, Ağaxan Şərifov, Səmədzadə Xasıyev, Aydan Həsənova və başqaları ifa ediblər.
 
Qlobal.az
 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook