Musiqili Teatr dəvət edir
Mart 03
14:20
2016
Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu 5 tamaşa nümayiş olunacaq.
Teatrın Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, bunlar 4, 5, 6 mart tarixlərində saat 12.00 və 19.00-da tamaşaçılara təqdim olunacaq "Ər və arvad” (Ü. Hacıbəyli), "Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər), "Qızıl toy” (O. Kazımi, R. Heydər) və "Düyməcik” (H.K. Andersen) tamaşalarıdır. Dövlət Musiqili Teatrı bu həftə də rus dilli və balaca tamaşaçılarını unutmayıb.
Belə ki, 5 mart saat 12.00-da O. Zülfüqarov və R. Heydərin "Dəcəl çəpişlər” nağıl-tamaşası uşaqlar üçün Azərbaycan dilində nümayiş olunacaq. Balacalar həmçinin 6 mart saat 12.00-da H.K. Andersenin "Düyməcik” tamaşasını rus dilində izləyə biləcəklər.
Tamaşaçılar həftəsonu 3 gün ərzində nümayiş olunacaq səhnə əsərlərində sevimli aktyorları – Əməkdar artistlər Ələkbər Əliyev, Səidə Şərifəliyeva, Əzizağa Əzizov, Svetlana Bulax, Əkbər Əlizadə, Nahidə Orucova, Boris Qrafkin, aktyorlar Şaban Cəfərov, Gülcahan Salamova, Emil Heydərov, Marina Litvinenko, Ruslan Mürsəlov, Yuliya Heydərova, Möylə Mirzəliyev, Rauf Babayev, Gülnarə Əzizova, Fərid Rzayev, Nadejda Povelitsına, Ağaxan Şərifov, Gülçöhrə Abdullayeva, Elçin İmanov, Əliməmməd Novruzov, Elxan İsmayılov, Elməddin Dadaşov və başqalarının ifalarını izləyə biləcəklər.
Azərbaycan Dövlət Musiqili Teatrı mart ayının ilk həftəsini xoş ovqatla yekunlaşdırmaq arzusunda olan hər kəsi bu maraqlı səhnə əsərlərini izləməyə dəvət edir.
Qeyd edək ki, qiyməti 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar.
Qlobal.az