Musiqili Teatrda “Qısqanc ürəklər” tamaşası 100-cü dəfə nümayiş olunacaq
Dekabr 09
14:30
2016
Azərbaycan
Dövlət Musiqili Teatrında Azərbaycan Respublikasının Xalq artisti, bəstəkar R.
Mirişlinin "Qısqanc ürəklər” iki hissəli musiqili komediyası 100-cü dəfə
nümayiş olunacaq.
Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib
ki, tamaşanın 100-cü nümayişi 10 dekabr tarixində saat 19.00-da baş tutacaq. "Qısqanc
ürəklər” komediyası 10 ildir ki, Dövlət Musiqili Teatrının repertuarındadır. Tamaşaçıların
hər zaman böyük diqqət və maraqla izlədiyi bu səhnə əsərinin premyerası 22
dekabr 2006-cı ildə keçirilib.
Qeyd dək
ki, tamaşanın quruluşçu-rejissoru Yusif Əkbərov, quruluşçu-dirijoru Əməkdar incəsənət
xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Əməkdar rəssam
Eldar Qurban,
quruluşçu-baletmeysterləri Yelena və Zakir Ağayevlər, dirijoru Əməkdar incəsənət
xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov,
konsertmeysteri Nərminə Əbdürəhmanovadır. Tamaşada rolları Xalq artisti, "Şöhrət”
ordenli İlham Namiq Kamal, Əməkdar
artistlər Nahidə Orucova, Çingiz Əhmədov, Səidə Şərifəliyeva, aktyorlar Ülviyyə
Əliyeva, Pərviz Məmmədov, Hüseyn Əlili, Güldanə Əzimova, Ruslan Mürsəlov, Elnarə
Nağdəliyeva və Fərid Rzayev ifa edirlər.
"Qısqanc
ürəklər” iki hissəli musiqili komediyasının 100-cü – yubiley nümayişini izləmək
istəyənlər qiyməti 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert
kassalarından və "ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər.
Qlobal.Az