Musiqili Teatrın fevral repertuarı zəngindir
Yanvar 30
13:45
2017
Azərbaycan Dövlət Musiqili Teatrı 107-ci mövsümün fevral ayı üçün repertuar planını açıqlayıb.
Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, Dövlət Musiqili Teatrı bu ay da zəngin və maraqlı repertuarla çıxış edəcək. Ay ərzində tamaşaçıların böyük maraq və sevə-sevə izlədiyi tamaşalar - "O olmasın, bu olsun” (Ü. Hacıbəyli), "Baladadaşın toy hamamı” (Elçin, F. Allahverdi), "Mən dəyərəm min cavana” (F. Sücəddinov, T. Vəliyeva), "999-cu gecə” (F. Əmirovun musiqiləri və "Min bir gecə” nağıllarının motivləri əsasında), "www-ferzeli-kef.com” (E. Sabitoğlu, C. Məmmədov), "Toya bir gün qalmış” (Ə. Səmədli), "Kimdir müqəssir?” (Ə. Haqverdiyev), "Talelər qovuşanda” (R. Hacıyev, E. Ocaqov, F. Zöhrabov) və başqa tamaşalar nümayiş olunacaq. Habelə rusdilli və balaca tamaşaçılar "Silva” (İ. Kalman), "Qafqazlı qardaşqızı” (R. Hacıyev), "Yağış göbələyinin macərası” (R. Şəfəq, V. Zimin), "Qızıl cücə” (V. Ulanovski, V. Orlov), "Bir dayan, canavar!” (R. Ağayeva, A. Xayt, A. Kurlyandski), "Düyməcik” (H.K. Anderson), "Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər), "Meşə çaqqalsız olmaz” (Ə. Səmədli), "Qırmızıpapaq” (E. Sabitoğlu, Y. Şvarts) və başqa səhnə əsərlərini izləyə biləcəklər.
Fevral ayında Dövlət Musiqili Teatrında 107-ci mövsümün növbəti premyerası da planlaşdırılır. İlyas Əfəndiyevin eyni adlı pyesi və Qara Qarayevin musiqiləri əsasında hazırlanan "Mənim günahım” tamaşası fevralın əvvəllərində təqdim ediləcək.
Ay boyu nümayiş olunacaq səhnə əsərlərində Musiqili Teatrın sevimli tamaşaçıları böyük gülüş ustası, Xalq artisti, "Şöhrət” ordenli Afaq Bəşirqızı, Xalq artisti, "Şöhrət” ordenli İlham Namiq Kamal, Xalq artistləri Fatma Mahmudova və Ramiz Məmmədov, Əməkdar artistlər Novruz Qartal, Ələkbər Əliyev, Nahidə Orucova, Cingiz Əhmədov, Emma Məlikova, Boris Qrafkin, Əzizağa Əzizov, Svetlana Bulax, Almaz Ələsgərli, Səidə Şərifəliyeva, Şövqi Hüseynov, Əkbər Əlizadə, Nərgiz Kərimova, aktyorlar Məhərrəm Qurbanov, Nadir Xasıyev, Möylə Mirzəliyev, Ağaxan Şərifov, Firuz Məmmədov, Gülcahan Salamova, Rəsmiyyə Nurməmmədova, Marina Litvinenko, Əliməmməd Novruzov, Ülviyyə Əliyeva, Gülçöhrə Abdullayeva, Emil Heydərov, Elçin İmanov, Gülnarə Abdullayeva, Mehriban Zalıyeva, Səmədzadə Xasıyev, Aydan Həsənova, Nicat Əli, Yuliya Heydərova, Rauf Babayev, Ruslan Mürsəlov, Elməddin Dadaşov, Fərid Rzayev, Gültac və Hüseyn Əlililər, Əmrah Dadaşov, Şaban Cəfərov, Elnarə Nağdəliyeva, Nigar Qarayeva, Nahid İsgəndərzadə, teatrın 10 yaşlı aktyoru Rahib Məmmədzadə və başqalarının ifalarını izləyə biləcəklər.
Azərbaycan Dövlət Musiqili Teatrı vaxtını səmərəli və xoş keçirmək arzusunda olan hər kəsi təqdim etdiyi maraqlı səhnə əsərlərini izləməyə dəvət edir.
Qeyd edək ki, qiyməti 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar.
Qlobal.az