SON XƏBƏR

Mustafa Cəmilov: “Krım Tatar Xalq Məclisinin sədr müavinləri sabah Kiyevə gələcəklər”

Oktyabr 26
01:22 2017
Bu gün azadlığa buraxılan Krım Tatar Xalq Məclisinin sədr müavinləri Ahtem Çiygöz və İlmi Ümerov oktyabrın 26-da Ankaradan Kiyevə gələcəklər.

APA-nın "112 Ukrayna” telekanalına istinadən verdiyi xəbərə görə, Ukrayna prezidentinin Krım-Tatar məsələləri üzrə səlahiyyətli nümayəndəsi Mustafa Cəmilov bəyan edib.

"Çiygöz və Ümerova Türkiyədə tibbi müayinədən keçmək təklif olunub, lakin onlar tezliklə Ukraynaya dönmək istəyirlər”, deyə M.Cəmilov bildirib.

Bu gün Krım Tatar Xalq Məclisinin sədr müavinləri Ahtem Çiygöz və İlmi Ümerov azadlığa buraxılıb. Ukrayna mətbuatı A.Çiygöz və İ. Ümerovun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinə müraciəti əsasında buraxılaraq Türkiyəyə göndərildiyi barədə məlumat yayıb . 

RİA Novosti agentliyinin məlumatına görə, Rusiya prezidenti adıçəkilən şəxsləri Krım müsəlmanlarının müftisinin xahişi ilə əfv edib. Ahtem Çiygöz 2015-ci ildə Krımda həbs olunaraq 8 il müddətinə azadlıqdan məhrum edilib, İlmi Ümerov eyni ittihamla 2 il həbs cəzasına məhkum olunub.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook