Mustafa Hacılıya şərti cəza verildi
Fevral 21
12:58
2019
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Bastainfo.com" saytının baş redaktoru, Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mustafa Hacılınıncinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Qlobal.az "Report"a istinadən xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan olunub.
Daha sonra dövlət ittihamçısı çıxış edib. Prokuror çıxışında M.Hacılının 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı cinayət işində yüngülləşdirici hal olduğunu deyərək ona şərti cəza tələb edib.
M.Hacılı son söz deyərək barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
O, məhkəmənin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, M.Hacılının barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi təyin olunaraq ona şərti cəza verilib.
Qeyd edək ki, M.Hacılı Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.