Müstəntiqlərin səlahiyyəti ilə bağlı qərar qəbul edildi
Noyabr 14
07:21
2023
Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Cinayət-Prosessual Məcəlləsinin 156.2-ci, 159.1-ci, 159.3-cü, 159.3-1-ci, 159.8-1-ci, 163.2-ci və 163.4-cü maddələrinin həmin Məcəllənin 84.5.11, 84.5.16, 151.2, 172.2, 290.5.2 və 290.5.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlər Baş Prokurorluq və Milli Məclis Aparatının mülahizələrini, Ali Məhkəmənin və Bakı Apellyasiya Məhkəməsinin mütəxəssis mülahizələrini və iş materiallarını araşdırıb müzakirə edərək işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda bildirilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin I və II hissələrinə və 71-ci maddəsinin X hissəsinə uyğun olaraq və Cinayət-Prosessual Məcəlləsinin 85.2.1-ci və 85.2.5-ci maddələrinin mənasına görə, müstəntiqin icraatında olan cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi və uzadılması həmin Məcəllənin 156.2-ci, 159.1-ci, 159.3-cü, 159.3-1-ci, 159.8-1-ci, 163.2-ci və 163.4-cü maddələrinin tələblərinə müvafiq olaraq müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarı ilə həyata keçirilir.
Cinayət işi başlamış və bu halda müstəntiqin səlahiyyətlərindən istifadə edərək həmin işin ibtidai istintaqını aparan prokuror Cinayət-Prosessual Məcəlləsinin 156-cı, 159-cu və 163-cü maddələrində göstərilən hallarda şübhəli və ya təqsirləndirilən şəxs haqqında qətimkan tədbirinin seçilməsi və uzadılması barədə təqdimatla məhkəməyə müraciət edə bilər.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.