“Müttəfiqlərimizlə birlikdə Rusiyaya cavab verəcəyik” - Bayden
Fevral 24
11:21
2022
"Rusiyanın Ukraynaya silahlı hücumunun dayandırılması məsələsi "Böyük yeddilik” ölkələri liderlərinin fövqəladə toplantısında müzakirə olunacaq”.
APA-nın Deutsche Welle-yə istinadən xəbərinə görə, bunu ABŞ Prezidenti Co Bayden bəyan edib.
O bildirib ki, görüşdə Rusiyaya tətbiq ediləcək sanksiyalar paketi nəzərdən keçiriləcək.
Ağ Ev rəhbərinin sözlərinə görə, NATO-nun müttəfiqinə qarşı aqressiyaya cavab addımları razılaşdırılacaq.
Co Bayden vurğulayıb ki, rəsmi Moskva adıçəkilən dövlətə hərbi müdaxilə etdiyi üçün beynəlxalq ictimaiyyət tərəfindən məsuliyyətə cəlb ediləcək: "Baş verənlərə görə məsuliyyəti bilavasitə Rusiya daşıyır. Bütün dünya Ukrayna dövləti və xalqı üçün dualar edir. Müttəfiqlərimizlə birlikdə Rusiyanın addımlarına cavab veriləcək”.