Muxtar Maniyevin ayağı amputasiya edilib
Mart 15
16:41
2016
Azərbaycanın xalq artisti Muxtar Maniyevin sağ ayağı, dizdən yuxarı amputasiya edilib.
Bu barədə "Report"a Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzindən məlumat verib.
O, M.Maniyevin şəkər xəstəliyindən əziyyət çəkdiyini bildirib: "Onun vəziyyəti yenidən ağırlaşıb. Huşu pozulub".
Həkim bildirib ki, xəstə sağ ayağının dabanında və baş barmağında yaranan xoraya görə əməliyyat olunub.
Xatırladaq ki, 80 yaşlı xalq artisti Muxtar Maniyev qan təzyiqi və şəkərli diabet xəstəliyindən əziyyət çəkir.
Ötən il aktyorun sol ayağı topuqdan aşağı amputasiya edilib.
Qlobal.az