SON XƏBƏR

Muxtar respublika muzeylərini ötən ay 31 mindən çox insan ziyarət edib

İyun 12
00:24 2016
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən muzeyləri ötən ay ərzində 6 min 575-i əcnəbi olmaqla, ümumilikdə 31 min 449 insan ziyarət edib.
Muxtar respublikanın Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ötən ay ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq Məhəmməd Tağı Sidqinin ev-muzeyi, Heydər Əliyev Muzeyi və Dövlət Bayrağı Muzeyi ilə muxtar respublikanın 200-dən çox ümumtəhsil, orta ixtisas və peşə məktəbi arasında interaktiv dərslər keçilib.
 
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar müxtəlif mədəni-kütləvi tədbirlər, şeir müsabiqələri, sərgilər təşkil edilib, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri şagirdlərinin muxtar respublika müsabiqəsi təşkil olunub.
 
"Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən "Yaradıcı əllər” və "Göycə” festivallarında milli mətbəx nümunələrinin, şirniyyatların və əl işlərinin sərgi-satışı, folklor qruplarının, həmçinin Naxçıvan Dövlət Filarmoniyasının və Naxçıvan Dövlət Uşaq Filarmoniyasının çıxışları olub.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook