SON XƏBƏR

Muzeyə yeni etnoqrafik eksponat daxil edilib

Fevral 02
18:28 2016
Azərbaycan Milli Elmlər Akademiyası Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasına yeni material - Avropa istehsalı olan çay dəstgahı daxil edilib.
 
Muzeydən AZƏRTAC-a bildiriblər ki, məişət mədəniyyətini əks etdirən, 15 hissədən ibarət çay dəstgahı XX əsrin əvvəllərində Riqa şəhərinin farfor fabrikindən Bakıda məşhur tacir Mikayıl Hüseynovun dükanı üçün sifariş edilmiş məhsullardandır.
 
Dəstgahın əşyalarındakı detallar nazik qızılı zolaqla haşiyələnib, hər birinin üzərində Avropa üslublu geyimlərdə qız və oğlan təsvirləri həkk olunub.
 
Çay dəstgahı XX əsrin əvvəllərində Azərbaycanın Avropa ilə iqtisadi-mədəni əlaqələrinin əhatə dairəsinin öyrənilməsi üçün əhəmiyyətli materialdır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook