Myanmada Britaniyanın keçmiş səfiri və həyat yoldaşı həbs edilib
Avqust 26
10:51
2022
Myanma hərbi hakimiyyəti Böyük Britaniyanın Myanmadakı keçmiş səfiri Vikki Boumanı və ərini həbs edib.
Qadın diplomat viza qaydalarını pozmaqda, əri isə onun Myanmada qalmasına kömək etməkdə ittiham olunur. Onlar beş ilə qədər həbs cəzasına məhkum edilə bilərlər.
Bouman 2002-2006-cı illərdə Myanmada səfir vəzifəsində çalışıb. O, birmalı rəssam və keçmiş siyasi məhbus Hteyn Lin ilə evlidir. Məhkəmə iclası sentyabrın 6-na təyin edilib.Britaniya səfirliyi Vikki Boumana konsulluq yardımı etdiyini bildirib.