Nadir Qafarzadədən mədəniyyət nazirliyinə İTTİHAM
Fevral 10
20:56
2016
Müğənni Nadir Qafarzadə fəxri adlarla bağlı qalmaqallı açıqlama edib.
Axşam.az-ın məlumatına görə, ifaçı xalq artisti Flora Kərimova ilə müğənni Elton Hüseynəliyevin "ATV maqazin onlarla” verilişindəki qalmaqalına fikir bildirib:
"Didin, parçalayın bir-birinizi. Bu millət nə vaxt düzələcək? Allah bizə ağıl ver, özümüz-özümüzə düşmən kəsilmişik. Ona görə də bizi bir millət kimi heç kim qəbul etmir. Çünki... Çünkilər çoxdur, hansını deyim. Bizə başqa düşmən lazım deyil. İndi sənətkar sözü o qədər ucuzlaşıb ki, fahişələr də "yaxşı sənətkardır” deyirlər. Onlar da sənətlə məşğuldurlar? Özünüzü yormayın, Azərbaycanda bir sənətkar varsa, o da Üzeyirdi (Üzeyir Mehdizadə - red.). Bitdi... Ən çox dinlənilən, baxılan, bir nömrə Üzeyir. Adi tamaşaçı bilməsə də, biz bilirik ki, xalq və əməkdar artistləri kimlərdir. Bu adı necə alıblar... Kimin "day-dayı"sı, arxası, tapşıranı var...70 faizi belədir”.