SON XƏBƏR

Naftalan şəhərində abadlıq-quruculuq işləri davam etdirilir - FOTOLAR

Avqust 22
23:03 2017
Son illər kurort şəhəri Naftalanda turizmlə bərabər bütün infrastrukturun inkişafına diqqət artırılmışdır. Həyata keçirilən tədbirlər nəticəsində vətəndaşların kommunal sahədə mövcud olan bir sıra problemlər öz həllini tapmışdır. Aparılan abadlıq-quruculuq və yenidənqurma işləri bu gün də davam etdirilir.
 
İndiyəcən uzun illərdən bəri təmirsiz qalmış 31 çoxmənzilli yaşayış binasının fasadı aqlay daşla üzlənmiş,işıqlandırılmış,dam örtükləri xüsusi dizaynla əsaslı təmir olunmuş, plastik pəncərlər quraşdırılmış, girişlərə şifrəli dəmir qapılar qoyulmuş, girişlərin qarşısına dekorativ tamet daş döşənmişdir. Binadaxili və şəhərdaxili bütün kommunikasiya xətləri yenilənmişdir. Küçələrdə, çoxmənzilli yaşayış binalarının qarşısında səliqə-səhman yaradılmışdır. II mikrorayonun ərazisində küçə və binaların həyətində aparılan təmir işləri bu gün də davam etdirilir. Ümumilikdə şəhərdaxili yollarda asfaltlanma işləri yekunlaşmış, ümumilikdə 65000 kvadratmetr sahəyə asfalt döşənib.
 
Həmçinin hazırda çoxmənzilli yaşayış binalarının bloklarında əsaslı təmir işləri aparılır. Girişdən başlayaraq yuxarı mərtəbəyədək divarlar suvanır və rənglənir. Eləcə də pilləkən və məhəccərlərdə təmir-bərpa işləri aparılır. Qeyd olunan işlər 10 çoxmərtəbəli yaşayış binasında başa çatdırılmışdır.
 
Qlobal.az
 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook