SON XƏBƏR

Naftalanda daha bir turizm obyekti istifadəyə veriləcək

Dekabr 21
17:03 2017
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi ilə bağlı tapşırıqlarının icrasını təmin etmək məqsədilə Naftalan Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq işlər görülmüş və bu işlər hazırda da uğurla davam etdirilir. 
 
Əhalinin məşğulluq səviyyəsinin qısa vaxt ərzində artırılması üçün ilk olaraq turizm sektorunun inkişaf etdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsinə başlanılmışdır. Buna görədə turizm sektorunda fəaliyyət göstərən və ya göstərmək istəyən iş adamları və sahibkarların fəaliyyəti üçün münbit şəraitin yaradılması bir vəzifə kimi qarşıya qoyulmuşdur. Son illər şəhərin bütün infrastrukturu tamamilə yenidən qurulmuş, turizm sektorunda islahatlar aparılmış və investorlar cəlb edilmişdir.
 
Naftalan şəhərində 2018-ci ilin əvvəlində daha bir turizm obyektinin istifadəyə verilməsi nəzərdə tutulub. "Müalicə Mərkəzi” sanatoriyası şəhərin İ.Həsənzadə küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşir. Obyektin ümumi sahəsi 294.67 kvm, tikinti altı sahəsi 103.04 kvm-dir. 2 mərtəbəli mansardlı, 12 otaqdan ibarətdir. Hazırda son tamamlanma işləri aparılır.
 
Obyekt istifadəyə verildikdən sonra 30 nəfərə yaxın şəhər sakininin işlə təmin olunması nəzərdə tutulub.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook