Naftalanda kross qaçış üzrə yarış keçirilib
İyun 26
23:10
2017
Naftalanda 26 iyun - "Silahlı Qüvvələr günü”
münasibəti ilə kross qaçış üzrə yarış keçirilib.
24 iyun 2017-ci il tarixdə Naftalan şəhər
Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə 26 iyun - "Silahlı Qüvvələr
günü”nə həsr olunmuş "Biz sağlam həyat tərzini seçirik” devizi altında 3000
metr məsafəyə kros-qaçış üzrə yarış keçirilib. Ümumilikdə 70 nəfər idmançının qatıldığı
yarışa vətən uğrunda həlak olanların adlarına ucaldılmış şəhər Xatirə Kompleksindən
start verilib.
Sonda qaliblər Naftalan şəhər Gənclər və İdman idarəsinin diplomları
ilə təltif olunublar. Yarışda
I yeri İbrahimli Kənan Hikmət oğlu, II yeri
Adıgözəlov Raul Şahin oğlu, III yeri isə Həsənov Elmir Teyyub oğlu
tutmuşdur.
Qlobal.az